Operativ Məlumat Mərkəzi

Sabirabad sakinlərində narkotik vasitələr aşkarlanıb

2 dəq
Paylaş:
Sabirabad sakinlərində narkotik vasitələr aşkarlanıb

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirilir.

DİN-in Xidmətinin Şirvan regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən rayonun Surra kənd sakini, olunmuş Ehtiram Ələkbərov saxlanılıb.

Onun üzərində keçirilən baxış zamanı narkotik maddə olan heroin və metamfetamin aşkarlanaraq götürülüb. Əməliyyat tədbirləri davamı olaraq saxlanılan şəxsin yaşadığı ünvana, eləcə də atasına məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı ayrı-ayrı bükümlərdə qablaşdırılmış ümumi çəkisi 1 kiloqrama yaxın heroin, metamfetamin, marixuana və 1 ədəd elektron tərəzi aşkar olunaraq maddi sübut kimi götürülüb.

Eyni istiqamətdə keçirilən daha bir əməliyyat tədbiri zamanı rayon sakini, əvvəllər məhkum olunmuş Vamiq Vəliyev də saxlanılaraq istintaqa təqdim olunub. Onun üzərinə və yaşadığı ünvana keçirilən baxış zamanı sellofan və kağız bükümlərdə qablaşdırılmış külli miqdarda heroin və metamfetamin aşkarlanaraq götürülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax