Əsas məzmuna keç

Sabahın havası açıqlandı - 26.05.2024

Sabahın havası açıqlandı - 26.05.2024

Sabah Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu , arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var, arabir güclənən şimal-qərb əsəcək.

Havanın temperaturu gecə 13-16° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 760 mm civə sütununa enəcək və nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında isə əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı gözlənilir.

Qısamüddətli leysan xarakterli olacağı, çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz 11-16° isti olacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…