Operativ Məlumat Mərkəzi

Sabahın hava proqnozu açıqlanıb - 09.12.2023

2 dəq
Paylaş:
Sabahın hava proqnozu açıqlanıb - 09.12.2023

Bakıda və bölgələrdə dekabrın 10-na olan açıqlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometrologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 11-14° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8° isti, gündüz 10-15° isti, dağlarda gecə 1-6° isti, gündüz 2-7° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax