Operativ Məlumat Mərkəzi

Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ - 12.08.2024

2 dəq
Paylaş:
Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ - 12.08.2024

Avqustun 13-də Azərbaycanda hava şəraitinin dəyişkən buludlu , bəzi yerlərdə yağacağı gözlənilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, çaxacağı ehtimalı var. Şimal-qərb gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 755 mm-dən 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 28-33° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax