Operativ Məlumat Mərkəzi

Sabah yağış yağacaq, külək güclənəcək - PROQNOZ - 10.07.2024

2 dəq
Paylaş:
Sabah yağış yağacaq, külək güclənəcək - PROQNOZ - 10.07.2024

İyulun 11-də Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi yerlərdə qısamüddətli yağacağı gözlənilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu , əsasən yağmursuz keçəcəyi gözlənilir.

Günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, çaxacağı ehtimalı var. Mülayim şimal-qərb arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 35-40 % olacaq.

Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gecə və səhər arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 21-26° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax