Operativ Məlumat Mərkəzi

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

1 dəq
Paylaş:
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
İyulun 11-də Azərbaycanda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli...

İyulun 11-də Azərbaycanda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında, Culfa, Ordubad, Şəki, Gəncə, Şəmkir, Samux, Ağdam, Naftalan, Goranboy, Mingəçevir, Tərtər, Bərdə, Yevlax, Salyan, Biləsuvar, Neftçala, Cəlilabadda şimal-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər