Operativ Məlumat Mərkəzi

SABAH qruplarında magistratura səviyyəsi üzrə təhsil almaq istəyən bakalavrların qeydiyyatı başlayır

1 dəq
Paylaş:
SABAH qruplarında magistratura səviyyəsi üzrə təhsil almaq istəyən bakalavrların qeydiyyatı başlayır

SABAH qruplarında magistratura səviyyəsi üzrə təhsil almaq bakalavrların qeydiyyatı başlayır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, ixtisaslaşmaları seçmək üçün iyunun 14-ü saat 12:00-dək müəssisələrində yaradılan komissiyada müsahibədən keçməlidirlər. Bununla bağlı qeydiyyat isə DİM-in internet səhifəsində aparılır. Bakalavrlar qeydiyyatdan keçdikdən sonra ali təhsil müəssisələrinin təyin etdiyi qrafiklə müsahibəyə dəvət olunurlar. Bunun üçün həmin universitetlərin nümayəndələri bakalavrların imtahana qatılmaq üçün ərizəsində göstərdiyi nömrəsinə zəng edəcək.

Vurğulanıb ki, müsahibədə uğur qazanmış bakalavrlara magistraturaya qəbul üçün elektron ixtisaslaşma seçimi ərizələrində digər ixtisaslaşmalarla yanaşı, SABAH qruplarına aid də müvafiq ixtisaslaşmaları seçmək imkanı veriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax