Operativ Məlumat Mərkəzi

Sabah intensiv yağış yağacaq - 06.01.2025

2 dəq
Paylaş:
Sabah intensiv yağış yağacaq - 06.01.2025

Azərbaycanda yanvarın 7-də havanın arabir yağıntılı keçəcəyi, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya məlumat yayıb.

Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu , əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Gecəyə doğru yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi gözlənilir. -şərq gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-10° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu, nisbi rütubət isə 65-75 % olacaq.

Azərbaycanın rayonlarında əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-5° isti, gündüz 7-12 ° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax