Əsas məzmuna keç

Sabah hava necə olacaq? - 28.03.2025

Sabah hava necə olacaq? - 28.03.2025

Bakıda və Abşeron yarımadasında martın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli...

Bakıda və yarımadasında martın 29-da hava şəraitinin buludlu , arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Mülayim cənub-şərq əsəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, çaxacağı, dolu düşəcəyi, arabir duman olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 19-24° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15° isti olacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…