Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Sabah hava 28 dərəcə isti olacaq

2 dəq
Paylaş:
Sabah hava 28 dərəcə isti olacaq

Bakıda və yarımadasında mayın 24-də hava şəraitinin dəyişkən buludlu , arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, gecəyə doğru bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq əsəcək.

Havanın temperaturu gecə 16-19°, gündüz isə 23-27° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı, axşam saatlarında yağışın bir qədər güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-17° isti, gündüz 23-28° isti, dağlarda gecə 4-9° isti, gündüz 12-17°, bəzi yerlərdə 20-23° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax