Operativ Məlumat Mərkəzi

Sabah hava necə olacaq? - 14.05.2023

2 dəq
Paylaş:
Sabah hava necə olacaq? - 14.05.2023

Sabah Bakıda və yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, arabir güclənən şimal-qərb günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu gecə 8-12° isti, gündüz 13-16° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 14-17° isti, dağlarda gecə 0-4° , gündüz 0-5° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax