Əsas məzmuna keç

Sabah bu rayonlarda qaz OLMAYACAQ

Sabah bu rayonlarda qaz OLMAYACAQ

Nizami və Nərimanov rayonlarında qaz kəsiləcək. Dekabrın 3-dən etibarən təmir işləri başlayır.

Nizami rayonu ərazisində yeni qaz xəttinin şəbəkəyə qoşulması, rayonunun İ. Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində siyirtmədə aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə 03.12.2024-cü il saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

" aparılan müddətdə Nizami rayonu üzrə B.Nuriyev 37, 41 küçələrinin və Q.Qarayev prospekti 93, Nərimanov rayonu üzrə isə İ.Həsənoğlu və Təbriz küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - məlumatda vurğulanıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…