Operativ Məlumat Mərkəzi

Sabah bəzi yerlərdə çiskin olacaq - PROQNOZ

2 dəq
Paylaş:
Sabah bəzi yerlərdə çiskin olacaq - PROQNOZ

Azərbaycanda oktyabrın 8-də havanın əsasən yağmursuz , bəzi yerlərdə çiskinli olacağı gözlənilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və yarımadasında havanın buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə çiskinli yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim cənub-şərq əsəcək.

Havanın temperaturu gecə 16-19, gündüz 20-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 55-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şərq rayonlarında çiskinli yağış yağacağı, arabir duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax