Operativ Məlumat Mərkəzi

Sabah Bakıya yağış, regionlara qar yağacaq

2 dəq
Paylaş:
Sabah Bakıya yağış, regionlara qar yağacaq

Bakıda və yarımadasında hava şəraitinin sabah dəyişkən buludlu , arabir tutulacağı, gün ərzində bəzi yerlərdə fasilələrlə yağacağı gözlənilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah axşama doğru yağış tədricən kəsiləcək. Cənub-şərq gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-9° isti olacaq.

Atmosfer təzyiqi 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında, gündüzdən isə əksər yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 6-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax