Operativ Məlumat Mərkəzi

Sabah Bakıda yağış yağacaq, külək güclənəcək

1 dəq
Paylaş:
Sabah Bakıda yağış yağacaq, külək güclənəcək

Bakıda və yarımadasında fevralın 18-də hava şəraitinin dəyişkən buludlu , arabir tutulacağı gözlənilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya məlumat yayıb.

Bildirilib ki, səhər bəzi yerlərdə havanın çiskinli olacağı, axşama doğru isə arabir yağacağı ehtimalı var. Şimal-qərb əsəcək.

Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax