Operativ Məlumat Mərkəzi

Sabah Bakıda 16, rayonlarda 22 dərəcə isti olacaq

1 dəq
Paylaş:
Sabah Bakıda 16, rayonlarda 22 dərəcə isti olacaq

Fevralın 14-də Azərbaycanda əsasən yağmursuz olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometerologiya məlumat yayıb.

Bildirilib ki, sabah Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu , arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Cənub-şərq gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-9° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam qərb rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 17-22° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax