Əsas məzmuna keç

Sabah Azərbaycanda 28 dərəcə isti olacaq

Sabah Azərbaycanda 28 dərəcə isti olacaq

Mayın 28-də Azərbaycanda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən...

Mayın 28-də Azərbaycanda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb gündüz şimal-şərq küləyi ilə olunacaq. Havanın temperaturu gecə 13-18° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir.

Qısamüddətli leysan xarakterli olacağı, çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim küləyi əsəcək. Havanın temperaturu gecə 13-17° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…