Operativ Məlumat Mərkəzi

Sabah Azərbaycanda 27 dərəcə isti olacaq

2 dəq
Paylaş:
Sabah Azərbaycanda 27 dərəcə isti olacaq

Aprelin 6-da gözlənilən açıqlanıb.

Sabah Bakıda və yarımadasında hansı hava şəraiti gözlənilir?

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu , əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu neçə dərəcə olacaq?

Havanın temperaturu gecə 9-13° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60 % olacaq.

Sabah rayonlarımızda hava necə olacaq?

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Rayonlarımızda havanın temperaturu necə olacaq?

Havanın temperaturu gecə 9-13° isti, gündüz 22-27° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax