Operativ Məlumat Mərkəzi

Sabah 25 dərəcə isti olacaq - 02.11.2023

1 dəq
Paylaş:
Sabah 25 dərəcə isti olacaq - 02.11.2023

Noyabrın 3-də Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, gecə və bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Mülayim -qərb gündüz cənub- küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 13-16° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 9-13° isti, gündüz 20-25° isti, dağlarda dağlarda gecə 4-9° isti, gündüz 11-16° olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax