Operativ Məlumat Mərkəzi

Saatlıda dələduz saxlanılıb

1 dəq
Paylaş:
Saatlıda dələduz saxlanılıb

Saatlıda vətəndaşların 30 min manatını mənimsəməkdə şübhəli şəxs saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Saatlı Rayon Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə etdiyinə görə axtarışda olan Cavid saxlanılıb.

Həmin şəxs dörd nəfər rayon sakininin etibarından istifadə edərək onlara yüksək gəlirli işlə təmin olunmalarında, avtomobil almalarında, eləcə də xarici ölkələrdə müalicə olunmalarında köməkliklər göstərəcəyi barədə yalan vədlər verərək zərərçəkənlərin 30000 manatdan artıq pulunu keçirib.

C.Dadaşov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax