Əsas məzmuna keç

Ruslan Pənahov ailəsinə qovuşub

Ruslan Pənahov ailəsinə qovuşub

Ruslan Pənahov bu gün axşam saatlarında ailəsinə qovuşub. Qeyd edək ki, Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi martın 5-də...

Laçında əlverişsiz hava şəraitində azan hərbçisi, Ruslan doğulduğu Şəmkir rayonuna gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" APA-ya istinadən xəbər verir ki, Ruslan Pənahov bu gün axşam saatlarında ailəsinə qovuşub.

Qeyd edək ki, Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi martın 5-də Ermənistandan Bakıya gətirilib.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

tərəfi isə açıqlama yayaraq, şərti sərhədi keçən Azərbaycan əsgərinin saxlanıldığını bildirib.

Ermənistanda Azərbaycan Ordusunun hərbçisinə qarşı uydurma ittihamlarla açılıb. Ruslan Pənahov müstəntiqin qərarı ilə həbs olunub.

Martın 4-də Ermənistan İstintaq Komitəsi Azərbaycan hərbçisi Ruslan Pənahovla bağlı cinayət təqibinə xitam verib. Ermənistanla Azərbaycan arasında əldə edilmiş razılaşmaya əsasən, eyni zamanda, xoşməramlı jest olaraq, Ruslan Pənahovun Azərbaycana təhvil verilməsi barədə qərar qəbul edilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…