Operativ Məlumat Mərkəzi

Rusiya XİN: “Akkuyu” AES layihəsi vaxtında həyata keçiriləcək”

2 dəq
Paylaş:
Rusiya XİN: “Akkuyu” AES layihəsi vaxtında həyata keçiriləcək”

” atom stansiyasının (AES) tikintisi layihəsi tələb olunan standartlarına uyğun və vaxtında həyata keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin 4-cü Avropa departamentinin direktoru Yuri Pilipson bildirib.

Onun sözlərinə görə, dörd blokunun tikintisi bütün zəruri tədbirlərinə əməl olunmaqla yüksək sürətlə aparılır.

“Rusiyanın ixtisaslaşmış strukturları istənilən mürəkkəblikdə olan problemlərin həllində zəngin təcrübəyə malikdirlər, maraqlarımızı pozmaq cəhdlərinə adekvat cavab vermək üçün “nüvəçilər”in istedadı, bacarıqları və ixtisasları ilə birləşən zəruri səriştələrə malikdirlər. Şübhə yoxdur ki, “Akkuyu” AES layihəsi bütün tələb olunan keyfiyyət, fiziki təhlükəsizlik standartlarına uyğun və vaxtında həyata keçiriləcək”, - o deyib.

Qeyd edək ki, istismara verildikdən sonra AES ildə 35 milyard kVt/saat elektrik enerjisi istehsal edəcək. Bu da ölkənin ümumi enerji tələbatının 10 faizini ödəyəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax