Operativ Məlumat Mərkəzi

Rusiya ordusu əks hücuma başladı - Kurskda irəliləmə var

2 dəq
Paylaş:
Rusiya ordusu əks hücuma başladı - Kurskda irəliləmə var

Rusiya Ordusunun 155-ci motoatıcı alayının hərbçiləri Kursk vilayətində genişmiqyaslı əks-hücuma başlayıblar və artıq ukraynalı döyüşçüləri Qordeyevka kəndindən çəkilməyə məcbur ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

“Rusiya ordusu Silahlı Qüvvələrini Kursk vilayətindən sıxışdırıb çıxarmaqla əks-hücum əməliyyatına başlayıb. Onlar Qordeyevkaya dörd tərəfdən daxil olublar: Ukrayna qoşunları , , Martınovka və kəndlərindən sıxışdırılaraq çıxarılıb. Ukrayna Silahlı Qüvvələri ağır itkilər verərək geri çəkilib. Hazırda Rusiya Silahlı Qüvvələri Apanasovka, Snaqosta, Vişnyovka və Martınovkada irəliləyir. Sucanski rayonunun azad edilməsi əməliyyatı davam edir”, - məlumatda deyilir.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya prezidentinin katibi Dmitri Peskov Ukrayna ilə razılaşma əldə edilməsinin mümkünlüyünü qiymətləndirərkən Kursk vilayətindəki vəziyyət fonunda bunu təsəvvür etməyin çox çətin olduğunu bildirmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax