Operativ Məlumat Mərkəzi

Rusiya KİV: “Heydər Əliyevin dövründə Azərbaycanda real islahatların həyata keçirilməsinə başlanılıb”

2 dəq
Paylaş:
Rusiya KİV: “Heydər Əliyevin dövründə Azərbaycanda real islahatların həyata keçirilməsinə başlanılıb”

Ümummilli Lider Heydər Əliyevin ölkəyə etdiyi illərdə Azərbaycanda real islahatların həyata keçirilməsinə başlanılıb, iqtisadiyyata daxil olan böyük həcmdə investisiyalar dövlətin bugünkü rifahının əsasını təşkil edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiyanın "Komsomolskaya Pravda" qəzetində dərc olunan məqalədə bildirilib.

Qeyd olunub ki, ötən əsrin 90-cı illərinin əvvəllərində məhz H.Əliyevin hakimiyyətə gəlişi ilə ölkə müstəqillik yoluna qədəm qoyaraq, münaqişədən tədricən çıxmağa başlayıb.

Məqalədə müxtəlif görkəmli siyasi və ictimai xadimlərin Ulu Öndərlə bağlı xatirələri də yer alıb.

Azərbaycanın xoşbəxtliyi və firavanlığı, regionda və dünyada sülhün bərqərar olması naminə göstərdiyi fədakar xidmətləri sayəsində türk və dünya tarixində layiqli yer tutur”, - qəzet Prezidenti Rəcəb Tayyib Ərdoğandan sitat gətirib.

Məqalədə Prezidenti Vladimir Putinin Heydər Əliyevlə bağlı fikirləri də yer alıb: "Heydər Əliyevə hörmətim böyükdür. Mən ona təkcə böyük hörmətlə deyil, həm də məhəbbətlə yanaşmışam. O, böyük dövlət xadimi idi. Onu mübaliğəsiz siyasi nəhəng adlandırmaq olar. Heydər Əliyevin Rusiyada siyasətdən getməsi, ardınca vətənində yenidən hakimiyyətə qayıtması üçün taleyüklü və xilaskar addım oldu, çünki o mürəkkəb dövrdə heç də hər kəs gənc respublikaya rəhbərlik edə və ona düzgün idarə edə bilməzdi”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax