Operativ Məlumat Mərkəzi

Rusiya İstintaq Komitəsi bloger Subo barəsində cinayət işi açıb

2 dəq
Paylaş:
Rusiya İstintaq Komitəsi bloger Subo barəsində cinayət işi açıb

Subo (əsl adı - Məmmədov), xüsusilə böyük məbləğdə - 50 milyon rubl vergi ödəməkdən yayınmaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda şübhəli bilinərək axtarışa verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Moskva vilayəti üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin məlumat verib.

O, 10 ilədək azadlıqdan məhrum edilə bilər.

"Hazırda bloger axtarışa verilib", - məlumatda bildirilib.

KİV-in məlumatlarına görə, Subonun ona kömək edən qohumları saxlanılıb. Ev dustaqlığı qardaşı Samir Məmmədova təyin edilib, o, “Samo” təxəllüsü ilə blogerlik edir, atasına isə ölkədən çıxmamaq barədə iltizam verilib.

Qeyd olunur ki, 2020-ci ildən 2022-ci ilə qədər Sübhan və onun qohumları vergilərdən yayınıblar. Onlar fərdi sahibkar və ya hüquqi şəxs kimi qeydiyyatdan keçmədən bloq vasitəsilə milyonlar qazanıblar. Bundan əlavə, qeyd olunur ki, onlar gəlirdən 10 milyon məbləğində “Lamborghini” alıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax