Operativ Məlumat Mərkəzi

Rusiya FHN: Mi-8 helikopterinin qəzaya uğradığı yerdən 5 nəfərin meyiti tapılıb - YENİLƏNİB 2

2 dəq
Paylaş:
Rusiya FHN: Mi-8 helikopterinin qəzaya uğradığı yerdən 5 nəfərin meyiti tapılıb - YENİLƏNİB 2

diyarında Mi-8 helikopterinin qəzaya uğradığı yerdən 5 nəfərin meyiti aşkar edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri ölkənin Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat yayıb.

"Rusiya FHN-in xilasediciləri istintaq orqanlarının nümayəndələri ilə birlikdə qəza yerində araşdırma aparacaq və qara qutular oxunacaq", - qurumun mətbuat xidmətindən bildirilib.

İyulun 14-də “Vzlet” aviaşirkətinə məxsus Mi-8 helikopteri Oxotsk kəndindən Maqadana uçarkən radardan itib. Helikopterdə üç ekipaj üzvü və iki texniki işçi olub. Onlar təmir işlərini bitirdikdən sonra təyinat yerinə uçurmuşlar.

***

Rusiyanın Xabarovsk diyarında itkin düşən Mi-8 helikopterindəki 5 nəfərin hamısı həlak olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, təyyarə uçuş zamanı təpəyə çırpılıb və heç kim sağ qalmayıb.

Bölgə İstintaq Komitəsi iki və ya daha çox insanın ölümü ilə nəticələnən qaydalarının pozulması ilə bağlı açıb.

***

Rusiyanın Xabarovsk diyarının Oxotsk kəndindən Maqadana gedərkən itkin düşən helikopter tapılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS-a Uzaq Şərqin xidmətlərindən bildirilib.

Göyərtədə olan beş nəfərin vəziyyəti barədə məlumat verilmir.

İyulun 15-də “Vzlet” aviaşirkətinə məxsus Mi-8 helikopteri Oxotsk kəndindən Maqadana uçarkən itkin düşüb. Helikopterdə üç ekipaj üzvü və iki texniki işçi olub. Onlar təmir işlərini bitirdikdən sonra təyinat yerinə uçurmuşlar.

"Rosaviasiya" pis ilə əlaqədar axtarışları dayandırmışdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax