Operativ Məlumat Mərkəzi

"Rumıniya vətəndaşları Aİ-də elektrik enerjisinə görə ən yüksək qiymət ödəyirlər"

2 dəq
Paylaş:
"Rumıniya vətəndaşları Aİ-də elektrik enerjisinə görə ən yüksək qiymət ödəyirlər"

"Rumıniya vətəndaşları Avropa İttifaqında (Aİ) enerjisinə görə ən yüksək qiymət ödəyirlər. Bunun ölkədə istehsal gücünün çatışmazlığı və kömür elektrik stansiyalarının bağlanmasıdır".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri ölkənin energetika naziri Boqdan İvan deyib.

“Rumıniya müəyyən saat intervalında Avropada ən bahalı elektrik enerjisini alır. Son bir həftə ərzində birja əməliyyatlarına əsasən, biz elektrik enerjisini ortalama olaraq 145 MVt/saat qiymətinə almışıq. Halbuki Fransada bu rəqəm orta hesabla 61 avro MVt/saat təşkil edir”, – o bildirib.

Nazirin sözlərinə görə, bu vəziyyət son 10 ildə ölkədə 7 000 MVt gücündə olan kömür və qaz elektrik stansiyalarının istismardan çıxarılması, əvəzində isə 1 200 MVt gücündə yeni stansiyaların istifadəyə verilməsi ilə əlaqədardır. Rumıniya günəş panellərinə investisiya qoyub, lakin elektrik enerjisinin saxlanması üçün infrastruktur nəzərdə tutulmayıb.

İvan qeyd edib ki, elə hallar olub ki, Rumıniya 1 MVt·saat elektrik enerjisini Macarıstana cəmi 20 avro sentə (təxminən 1 rumin leyi) satıb, lakin axşam saatlarında – 18:00-dan 22:00-a qədər eyni miqdarda enerjini 1 000, 1 500 və hətta 2 000 leyə (yəni 197 avrodan 393 avroya qədər) idxal edib.

"3 ay ərzində Avropa Komissiyasını inandırmaq lazımdır ki, biz kömür elektrik stansiyalarını yeni güclər istifadəyə verilməyincə bağlamayacağıq”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax