Operativ Məlumat Mərkəzi

Rumıniya Parlamentinin nümayəndə heyəti Ulu Öndərin məzarını və Zəfər parkını ziyarət edib

2 dəq
Paylaş:
Rumıniya Parlamentinin nümayəndə heyəti Ulu Öndərin məzarını və Zəfər parkını ziyarət edib

Ölkəmizdə rəsmi səfərdə olan Rumıniya Parlamenti Senatı sədrinin vəzifəsini müvəqqəti icra edən Mirça Abrudeanın başçılıq etdiyi aprelin 14-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Məclisin və ictimaiyyətlə şöbəsindən məlumat verilib.

Səfər çərçivəsində nümayəndə heyəti Bakıda Zəfər parkını edərək abidə önünə əkilil qoyub. Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin deputatı, Azerbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev, Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov, Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare və digər rəsmi şəxslər müşayiət ediblər.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax