Operativ Məlumat Mərkəzi

Rubio Almaniya, İsrail, Səudiyyə Ərəbistanı və BƏƏ-yə səfər edəcək

2 dəq
Paylaş:
Rubio Almaniya, İsrail, Səudiyyə Ərəbistanı və BƏƏ-yə səfər edəcək

ABŞ Marko Rubio fevralın 13-18-də Almaniya, İsrail, və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək, o, HƏMAS-ın saxladığı girovların azad edilməsi, atəşkəs razılaşmaları və İrana qarşı mübarizəni müzakirə edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Brusun yazılı bəyanatında deyilir.

Rubio fevralın 13-də Münxen Konfransında iştirak etmək üçün Almaniyaya yola düşəcək. Brusun sözlərinə görə, orada o, “xarici tərəfdaşlarla ABŞ-nin bir sıra prioritetlərini müzakirə edəcək”.

“Münxendə Rubio həmçinin G7 ölkələrinin nazirlərinin görüşündə iştirak edəcək”, – bəyanatda qeyd olunub.

“Daha sonra o, 15-18 fevralda İsrail, Səudiyyə Ərəbistanı və BƏƏ-yə səfər edəcək”, – sənəddə deyilir. Bu ölkələrdə Rubio “regionda əməkdaşlığın gücləndirilməsi, sabitlik və sülhün təmin edilməsi” üçün rəsmi şəxslərlə görüşlər keçirəcək.

“Səfər zamanı diqqət mərkəzində HƏMAS tərəfindən saxlanılan amerikalı və digər girovların azad edilməsi, Qəzza zolağında atəşkəs sazişinin ikinci mərhələsinə doğru irəliləyiş və İranın və onun nəzarətində olan qüvvələrin sabitliyi pozan addımlarına qarşı mübarizə olacaq”, – Brus əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

AI Assistant

operativmm.az

Xəbərlər haqqında soruşun

Son 3 ayın xəbərləri

Nümunələr