Operativ Məlumat Mərkəzi

"Sabah" avrokuboklardakı debüt oyununda qələbə qazanıb - YENİLƏNİB

2 dəq
Paylaş:
"Sabah" avrokuboklardakı debüt oyununda qələbə qazanıb - YENİLƏNİB

"Sabah" UEFA Liqasının II mərhələsində ilk oyununu keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Murad Musayevin baş məşqçi olduğu komanda Latviyada RFŞ-in qonağı olub.

Yurmala şəhərindəki "" stadionundakı qarşılaşma təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın qollarını 22-ci dəqiqədə Boyan Letiç, 55-ci dəqiqədə isə Davit Volkov vurub.

Beləliklə, Azərbaycan klubu avrokuboklardakı matçından qalibiyyətlə ayrılıb. Tərəflər arasındakı cavab görüşü bir həftə sonra Bakıda olacaq. Cütün qalibi III təsnifat mərhələsində Serbiya "Partizan"ı ilə üz-üzə gələcək.

20:06 ***

Latviyada RFŞ və "Sabah" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu start götürüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Yurmala şəhərindəki "Sloka" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

Görüşü Yan Maxalekin başçılıq etdiyi hakimlər briqadası idarə edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax