Operativ Məlumat Mərkəzi

Rezidenturaya qəbul imtahanının II mərhələsinin nəticələri elan olunub - 05.08.2024

2 dəq
Paylaş:
Rezidenturaya qəbul imtahanının II mərhələsinin nəticələri elan olunub - 05.08.2024

Rezidenturaya qəbul imtahanının II mərhələsinin nəticələri elan olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, imtahanda iştirak etmiş hər bir namizəd DİM-in internet saytına daxil olaraq nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.

imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə .

İmtahanda iştirakı gözlənilən 894 namizəddən 5 nəfər imtahana gəlməyib. Namizədlərdən 666 nəfər müsabiqə şərtini ( fənləri üzrə topladığı test balı 50 və daha yuxarı) ixtisaslaşma seçiminə buraxılıb.

Qeyd olunub ki, rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi avqustun 8-dən 13-dək aparılacaq. Müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunmuş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən seçib təsdiq etməlidirlər.

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada Apellyasiya komissiyası fəaliyyət göstərəcək. Namizədlər Apellyasiya komissiyasına 6 avqust saat 10:00-dan 7 avqust saat 17:00-dək apelyasiya.dim.gov.az saytı vasitəsilə müraciət edə bilərlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax