Operativ Məlumat Mərkəzi

Restoranda nöqsanlar aşkarlandı, fəaliyyəti dayandırıldı

1 dəq
Paylaş:
Restoranda nöqsanlar aşkarlandı, fəaliyyəti dayandırıldı

Bakıda restoranda yoxlama aparılıb, aşkarlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, daxil olan müraciət əsasında əməkdaşları paytaxtın Xətai rayonu, Yusif Səfərov küçəsi 23A ünvanında fəaliyyət göstərən “Kristal plaza Baku” restoranında plandankənar yoxlama keçirib. Baxış zamanı ictimai iaşə müəssisəsinin qida təhlükəsizliyi ilə bağlı tələblərə cavab vermədiyi, mətbəx sahəsində sanitar- qaydalara əməl edilmədiyi, temperaturun monitorinq və qeydiyyatının aparılmadığı, müvafiq təmizlik işlərinin həyata keçirilmədiyi, işçi heyətin xüsusi geyim forması ilə təmin olunmadığı və gigiyenik təlimlərə cəlb edilmədiyi müəyyən olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, restoranın fəaliyyəti məhdudlaşdırılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax