Əsas məzmuna keç

Fransanın Azərbaycandakı XİN-ə çağırılıb

Fransanın Azərbaycandakı XİN-ə çağırılıb

Fransanın Azərbaycandakı səfiri Ann Buayon noyabrın 20-də Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. "Operativ Məlumat Mərkəzi-OMM"-ə XİN-dən verilən...

Fransanın Azərbaycandakı səfiri Ann Buayon noyabrın 20-də Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-ə XİN-dən verilən məlumata görə, görüş zamanı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində və sessiya zamanı Fransanın sədrliyinin hədəf alınmasına etiraz bildirilib.

"Bu xüsusda, Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin bu mötəbər tədbirinin boykot edilməsinə çağırışların, bir çox dövlət başçılarının tədbirə qatılmamağa Fransa tərəfindən edilməsinin, də COP29 konfransı başlayan zaman Fransanın xüsusi səyləri ilə Avropa Parlamentində sədrliyimizi əsassız şəkildə tənqid edən, ümumilikdə isə dəyişmələri ilə mübarizə sahəsində qlobal səylərimizə qarşı çevrilmiş qətnamənin qəbulunun qəbuledilməz vurğulanıb".

Bundan başqa səfirin diqqətinə Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, militarizmi və revanşizmi təşviq edən Fransanın addımlarının sülh prosesinə zərbə olduğu çatdırılıb.

"Azərbaycanı hədəf alan, eləcə də normallaşma prosesini təhlükə altına salan bu addımlara son qoyulması Fransa tərəfindən təkidlə tələb olunub", - XİN-in məlumatında deyilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…