Operativ Məlumat Mərkəzi

Ərdoğan: “Müxalifət bizi ittiham etməkdənsə, Qarabağda gördüyümüz işlərlə tanış olsun”

3 dəq
Paylaş:
Ərdoğan: “Müxalifət bizi ittiham etməkdənsə, Qarabağda gördüyümüz işlərlə tanış olsun”

bizi ittiham etməkdənsə, Qarabağda işlərlə tanış olsun”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Prezidenti Rəcəb Tayyib Ərdoğan Afyonkarahisardakı çıxışında deyib.

Onun sözlərinə görə, Türkiyə son 21 ildəki təşəbbüsləri nəticəsində əsrlik xəyallarını gerçəkləşdirə bilib: “Müxalifətin iddialarından fərqli olaraq, Türkiyə iqtisadiyyatını sabit saxlamaq üçün kimsədən borc almayıb”.

Ərdoğan bildirib ki, rəsmi Ankara həmişə imperializmə qarşı mübarizə aparıb: “Biz bunu Suriya və İraqda keçirdiyimiz əməliyyatlarda, 15 iyul çevriliş cəhdində göstərdik. Biz regionumuzda sabitliyi qorumağa çalışmaqla imperialistlərin xəyallarını puç etdik. Suverenliyimizə göz dikən imperialistlər artıq peşman olublar”.

Türkiyə Prezidenti vurğulayıb ki, indi Türkiyənin müdafiə sənayesinin 80 faizi yerli istehsaldır: “Biz hakimiyyətə gələnədək bu göstərici 20 faiz idi. İndi bizim pilotsuz uçuş aparatlarımız, “Qızıl alma”mız “TCG Anadolu”muz var”.

qeyd edib ki, Türkiyə həmişə məzlumların yanında olub: “BMT kürsüsündə, “Dünya 5-dən böyükdür” (BMT Şurasının üzvü olan beş ölkə - ABŞ, Böyük Britaniya, Çin, Fransa və Rusiya), deyən biz olmuşuq. Müxalifət iqtidarı ittiham etməzdən əvvəl Qarabağda gördüyü işlərlə tanış olmalıdır. Biz hanısa imperialistin qarşısında diz çökmərik”.

Ərdoğan söyləyib ki, Türkiyənin ən böyük problemi hakimiyyəti inşa yox, dağıtmaq vədləri ilə gəlmək istəyənlərdir: “Halbuki biz hakimiyyətimiz dövründə bu ölkədə hansı işləri görməyin mümkün olduğunu əsərlərimizlə göstərdik”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax