Əsas məzmuna keç

Qvineya-Bisau prezidenti hərbi çevrilişlə həbs edildi

Qvineya-Bisau prezidenti hərbi çevrilişlə həbs edildi

bu barədə “Jeune Afrique” nəşri məlumat yayıb. Embalonun sözlərinə görə, onu saxlayan hərbçilər tərəfindən fiziki zorakılıq tətbiq olunmayıb. Nəşr...

Qvineya-Bisaunun hazırkı Prezidenti Umaru Sissoko ölkədə baş verən zamanı sarayında həbs edildiyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Jeune Afrique” nəşri məlumat yayıb.

Embalonun sözlərinə görə, onu saxlayan hərbçilər tərəfindən fiziki zorakılıq tətbiq olunmayıb. Nəşr bildirir ki, prezidentlə birlikdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Byage Na Ntan, onun müavini general Mamadu Ture və daxili işlər naziri Boçe Kande də həbs edilib.

Qeyd edək ki, AFP agentliyi bundan əvvəl prezident sarayının yaxınlığında atışma səslərinin eşidildiyini xəbər vermişdi.

Xatırladaq ki, Qvineya-Bisauda 23 noyabrda ümumi seçkilər keçirilib və Embalo özünü qalib elan edib. Rəsmi nəticələrin açıqlanması isə 27 noyabr üçün planlaşdırılıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…