Əsas məzmuna keç

Qusarda həyətində çətənə kolu yetişdirən şəxsdə 28 kq narkotik aşkarlanıb

Qusarda həyətində çətənə kolu yetişdirən şəxsdə 28 kq narkotik aşkarlanıb

Qusarda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən əməliyyat keçirilib. Tədbir zamanı narkotik tərkibli bitkilərin...

Qusarda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən keçirilib. Tədbir zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 47 yaşlı Adil Kərimxanov saxlanılıb.

DİN-in Xidmətinin Quba regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, onun yaşadığı evin həyətyanı sahəsindən kultivasiya edərək yetişdirdiyi ümumi çəkisi 100 olan 117 ədəd çətənə (kannabis) kolu və 28 kiloqram olan marixuana aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiyini bildirib.

Faktla bağlı Qusar RPŞ-də başlanılıb, A.Kərimxanovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…