Operativ Məlumat Mərkəzi

Qusarda əməliyyat - Saxlanılanlar var

2 dəq
Paylaş:
Qusarda əməliyyat - Saxlanılanlar var

Qusarda əməliyyatlar zamanı 3 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan"Operativ Məlumat Mərkəzi-OMM"-yə verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silahın aşkar edilməsi istiqamətində uğurlu keçiriblər.

Əməliyyat- tədbiri nəticəsində rayon sakini Eldar Qadıyevdən qanunsuz olaraq saxladığı “AKS-74” markalı silah, 2 ədəd həmin silaha məxsus patron darağı və 60 ədəd güllə aşkar olunaraq götürülüb.

Digər əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin əkilib-becərilməsində və daşınmasında şübhəli bilinən rayon sakinləri Novruz Aslanov və Emin Şıxkərimov saxlanılıblar. N.Aslanovun həyətyanı sahəsinə baxış keçirilən zaman onun qanunsuz olaraq əkib yetişdirdiyi 25 ədəd çətənə (kannabis) bitkiləri aşkarlanıb.

E.Şıxkərimovdan isə olan heroin aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Qusar RPŞ-də başlanılıb və məhkəmənin qərarı ilə Eldar Qadıyevin barəsində həbs qətimkan tədbiri, digər şəxslərin barələrində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax