Operativ Məlumat Mərkəzi

Qurban Qurbanov: Çox vacib qələbə qazandıq

2 dəq
Paylaş:
Qurban Qurbanov: Çox vacib qələbə qazandıq

"Çox vacib qələbə ".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri "Qarabağ" komandasının Qurban Misli Premyer Liqasının XV turunda "Neftçi"yə 3:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.

O, komandasının oyunundan razı qaldığını bildirib: "Sadəcə, ilk yarıda oldu, lakin sonradan bunu düzəltdik. Matça çox ciddi hazırlaşmışdıq. Çünki "Neftçi" kimi komandaya qarşı oynayırdıq. Gözəl atmosferə görə azarkeşlərə təşəkkür edirəm".

Mütəxəssis Julio Romaonu zədəyə görə, Elvin Cəfərquliyevi isə ikinci sarı vərəqədən qorumaq üçün əvəzlədiyini deyib.

Q. Qurbanov bugünkü matçda heyətdə rotasiya etməsinin səbəbini açıqlayıb: "Oyunçular çox yüklənirlər. Buna görə də bəzi futbolçulara istirahət vermişdim. Fiziki yorğunluğu qaldırmaq asandır, lakin psixoloji vəziyyəti düzəltmək çətindir.

Baş məşqçi Kubokunda "Qəbələ" ilə keçiriləcək oyun barədə də danışıb: "Bu komada aşağı liqada olsa belə, həmin stadiona səfər etmək çətin olur".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax