Operativ Məlumat Mərkəzi

Qurban Qurbanov Avropa çempionu olub - YENİLƏNİB 2

2 dəq
Paylaş:
Qurban Qurbanov Avropa çempionu olub - YENİLƏNİB 2

Azərbaycanın yunan-Roma güləşçisi (82 kq) Bakıda keçirilən U-23 Avropa çempionatının qızıl medalını qazanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, finalda İslam Əliyevə (AİN) qalib gəlib.

Qeyd edək ki, bu gün digər təmsilçilərimiz Nihad Quluzadə (72) gümüş Ruslan Nurullayev (72 kq) isə medal qazanıb.

***

Azərbaycanın yunan-Roma güləşçisi Ruslan Nurullayev (72 kq) Bakıda keçirilən U-23 Avropa çempionatının bürünc medalını qazanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, idmançımız bürünc medal uğrunda görüşdə Bolqarıstan təmsilçisi Petar Qornyaşkiyə qalib gəlib.

Qeyd edək ki, bu gün digər təmsilçimiz Nihad Quluzadə (60) gümüş medal qazanıb

***

Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə (60 kq) Bakıda keçirilən U-23 Avropa çempionatının gümüş medalını qazanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, idmançımız finalda türkiyəli Mert İlbars ilə üz-üzə gəlib və rəqibinə məğlub olub.

Qeyd edək ki, əvvəlki iki günün nəticələrinə əsasən, millisinin hesabında 4 mükafat var. Ziya Babaşov (63 kq) və Xasay Həsənli (77 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıbsa, Rəşad Məmmədov (55 kq) və Laçın Vəliyev (87 kq) bürünc medal qazanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax