Əsas məzmuna keç

QHT Dövlət Dəstəyi agentliyi qrant müsabiqələrinin nəticələrini elan edib

QHT Dövlət Dəstəyi agentliyi qrant müsabiqələrinin nəticələrini elan edib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Agentliyi 2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələrini elan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qrant beş sahə üzrə verilib.

QHT-lər “Ətraf mühitin qorunması, sağlam və təhlükəsiz həyat, həssas qruplarla iş, sosial-iqtisadi inkişaf”, “Cənubi Qafqazda sülh və etimad quruculuğu, Zəngəzurun dirçəlişi”, “İtkin düşmüş, əsir və girov götürülmüş şəxslərin hüquqlarının müdafiəsi, mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə və onunla mübarizə”, “Qərbi Azərbaycana qayıdış prosesi”, “Milli, ictimai və əhəmiyyətli digər təşəbbüslər” mövzularında layihələr təqdim ediblər.

Ümumilikdə 413 QHT qrant müsabiqəsinin qalibi elan edilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…