Əsas məzmuna keç

Qəzzada 2 yeni humanitar dəhliz açılacaq

Qəzzada 2 yeni humanitar dəhliz açılacaq

Qəzzanın şimalındakı Erez sərhəd-keçid məntəqəsi müharibə dövründə ilk dəfə olaraq humanitar dəhliz kimi fəaliyyətə başlayacaq. “Aşdod” limanının da yeni...

İsrail hökuməti Qəzza zolağına daha çox humanitar yardımın daxil olması üçün 2 yeni dəhlizin açılmasına razılıq verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Qəzzanın şimalındakı Erez sərhəd-keçid məntəqəsi müharibə dövründə ilk dəfə olaraq humanitar kimi fəaliyyətə başlayacaq.

“Aşdod” limanının da yeni yardım marşrutu kimi yük gəmilərini qəbul etməyə başlayacağı bildirilib.

Bununla yanaşı, Qəzzaya Kerem-Şalom məntəqəsi vasitəsilə İordaniyadan daha çox humanitar yardımın daxil olmasına şərait yaradılacaq.

Sözügedən qərar İsrailin baş naziri Benyamin Netanyahunun prezidenti Co Baydenlə telefon danışığından sonraya təsadüf edib.

Bu, liderlər arasında Qəzzada “World Central Kitchen” xeyriyyə təşkilatının 7 üzvünün həlak olmasından sonra ilk təmas olub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…