Əsas məzmuna keç

Qəzzada 2 jurnalist öldürülüb

Qəzzada 2 jurnalist öldürülüb

ölənlər arasında müxbirlər Ənəs əl-Şərif və Məhəmməd Kreyka, eləcə də iki operator yer alır. Partlayış baş verən vaxt jurnalistlər Əl-Şifa xəstəxanasının...

Qətərin “Əl-Cəzirə” telekanalı İsrailin şəhərinə endirdiyi hava zərbəsi nəticəsində dörd əməkdaşının həlak olduğunu açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, arasında müxbirlər əl-Şərif və Məhəmməd Kreyka, eləcə də iki operator yer alır.

Partlayış baş verən vaxt jurnalistlər Əl-Şifa xəstəxanasının girişində media nümayəndələri üçün qurulan çadırda olublar.

Hadisə nəticəsində ümumilikdə yeddi nəfər həyatını itirib.

İsrail ordusu isə bəyan edib ki, “Əl-Cəzirə”nin əməkdaşı kimi təqdim edilən Ənəs əl-Şərif əslində HƏMAS-ın bölmələrindən birinə rəhbərlik edib və İsrailin mülki əhalisinə və hərbçilərinə qarşı raket hücumlarında məsuliyyət daşıyıb. Ordunun açıqlamasına görə, əl-Şərif məqsədli zamanı məhv edilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…