Operativ Məlumat Mərkəzi

Qəzza Qətnaməsi BMT-də qəbul edildi

2 dəq
Paylaş:
Qəzza Qətnaməsi BMT-də qəbul edildi

BMT Şurası Qəzzada Sülh Şurasının yaradılmasını və Sabitlik Qüvvəsinin fəaliyyət göstərməsini nəzərdə tutan ABŞ qətnamə layihəsini qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Təhlükəsizlik Şurasında keçirilən səsvermədə 13 ölkə layihənin lehinə səs verib, Rusiya və Çin isə bitərəf qalıb.

Səsvermədən əvvəl çıxış edən ABŞ-nin Təşkilatındakı daimi nümayəndəsi Mayk Valtz sözügedən layihənin Qəzzadakı toqquşmaları sona çatdırmaq və dayanıqlı sülhə nail olmaq üçün çox mühüm dönüş nöqtəsi olacağını bildirib.

Valtz qeyd edib ki, bu qətnamə layihəsi ABŞ Prezidenti Donald Trampın Qəzzada sülhə dair 20 maddəlik sülh planına əsaslanır və bu plana Qatar, Misir, , , Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Pakistan və İndoneziya kimi ölkələr dəstək verir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax