Operativ Məlumat Mərkəzi

Qeyri-qanuni ermənilərin kəşfiyyatının qarşısı alındı

2 dəq
Paylaş:
Qeyri-qanuni ermənilərin kəşfiyyatının qarşısı alındı

İyunun 4-ü saat 20:10 radələrində sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinə məxsus kvadrokopterin Ordumuzun Ağdam rayonu istiqamətində mövqelərinin üzərində kəşfiyyat xarakterli uçuş apardığı müşahidə edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində mövqelərimiz üzərində uçuş həyata keçirməyə cəhd göstərən kvadrokopterin fəaliyyətinin qarşısı alınıb.

Bundan başqa, saat 18:25 radələrində silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Qarabağ

Hamısına bax