Operativ Məlumat Mərkəzi

Qəsdən adam öldürmədə şübhəli bilinən şəxs ürəktutmadan vəfat edib

1 dəq
Paylaş:
Qəsdən adam öldürmədə şübhəli bilinən şəxs ürəktutmadan vəfat edib
Bakının Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində 1979-cu il təvəllüdlü Sadiq Əhmədovun üzərində kəsilmiş-deşilmiş xəsarət izləri olan meyitinin aşkar...

Bakının rayonunun Buzovna qəsəbəsi ərazisində 1979-cu il təvəllüdlü Sadiq Əhmədovun üzərində kəsilmiş-deşilmiş xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Xəzər Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla 1954-cü il təvəllüdlü, məhkum edilmiş Vaqif Dadaşovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Sadiq Əhmədovu qəsdən öldürməsinə əsaslı müəyyən edilib.

Cinayət əməlini törətməkdə şübhəli Vaqif Dadaşov hadisədən bir qədər sonra ürəktutmadan vəfat edib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə başlanıb.

İbtidai istintaq davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax