Operativ Məlumat Mərkəzi

Qəbirlərdən qızıl dişlər oğurlayan dəstə üzvləri saxlanılıb

3 dəq
Paylaş:
Qəbirlərdən qızıl dişlər oğurlayan dəstə üzvləri saxlanılıb

Salyan Rayon Polis Şöbəsinə (RPŞ) Arbatan və Kürqaraqaşlı kəndlərində qəbiristanlıqlarda iki qəbrin naməlum şəxs və ya şəxslər tərəfindən qazılması, eləcə də dəfn olunmuş şəxslərin qızıl dişlərini oğurlanması barədə məlumat daxil olub.

DİN-in Xidmətinin Şirvan regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, daxil olan məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və hadisəni törədənlərin müəyyən edilərək saxlanılması istiqamətində təxirəsalınmaz istintaq- tədbirləri həyata keçirilib.

Aparılan tədbirlər nəticəsində qeyd edilən hadisələri törətməkdə şübhəli bilinən şəxslərin rayon sakinləri - Abas Abasov, Xəyal Mustafayev və Rəsul Elyasov olduqları müəyyən edilib və onlar saxlanılaraq Salyan RPŞ-nə gətiriliblər.

İlkin dindirilmə zamanı hər üç şəxs törətdikləri əməli etiraf edib. Aparılan araşdırmalar zamanı məlum olub ki, A.Abasov, X.Mustafayev və R.Elyasov mayın 7-də gündüz saatlarında Arbatan kəndində yerləşən qəbiristanlığa gələrək sonuncunun vəfat edən bibisinin məzarını qazıb, onun iki qızıl dişini çıxararaq oradan uzaqlaşıblar. Gecə saatlarında isə adı çəkilən şəxslər rayonun Kürqaraqaşlı kəndi ərazisində yerləşən qəbiristanlığa gələrək bu dəfə başqa məzarı qazıblar və orada dəfn olunan şəxsin 4 qızıl dişini götürüblər. Hadisədən sonra rayonu tərk edən dəstə üzvləri qızıl dişləri sataraq əldə etdikləri pulları öz aralarında bölüblər.

Saxlanılan zaman A.Abasovdan və R.Elyasovdan narkotik maddə olan heroin də aşkarlanaraq götürülüb.

Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax