Operativ Məlumat Mərkəzi

Qəbələdə mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə köməksiz qalan şəxs xilas olunub

1 dəq
Paylaş:
Qəbələdə mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə köməksiz qalan şəxs xilas olunub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonu, Nohurqışlaq kəndi istiqamətində relyefli - ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

"Operativ Məlumat Mərkəzi-OMM" FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində qiymətləndirilərkən, 1986-cı il təvəllüdlü Məmmədov Orxan İkram oğlunun dağlıq ərazidə hündürlükdən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri aldığı və köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.

Xilasedicilər çətin keçidli dağlıq-meşəlik ərazidə köməksiz vəziyyətdə qalan şəxsi xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax