Operativ Məlumat Mərkəzi

Qaxın tutulan icra başçısı və digər şəxslərin nədə ittiham edildiyi məlum olub - YENİLƏNİB

1 dəq
Paylaş:
Qaxın tutulan icra başçısı və digər şəxslərin nədə ittiham edildiyi məlum olub - YENİLƏNİB

Dövlət Təhlükəsizliyi Xidmətinin () Rayon İcra Hakimiyyətində keçirdiyi zamanı saxlanılan vəzifəli şəxslərin hansı qanunsuz əməllərdə təqsirli bilindiyi olub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in əldə etdiyi məlumata görə, Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevlə bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmə və digər korrupsiya cinayətləri üzrə araşdırmalar gedir.

İstintaq Dövlət Təhlükəsizliyi Xidmətində aparılır.

***

Qax rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, əməliyyatı Dövlət Təhlükəsizliyi (DTX) keçirib.

İlkin məlumata görə, Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və müavinləri saxlanılıb.

Bundan başqa, əməliyyat zamanı daha bir neçə vəzifəli şəxsin saxlanıldığı bildirilir.

Qeyd edək ki, bu barədə məlumatı ilk olaraq news24.az saytı yayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax