Əsas məzmuna keç

Qarabağlılar üçün şad xəbər: “40 minə yaxın ailə...”

Qarabağlılar üçün şad xəbər: “40 minə yaxın ailə...”

1 milyon məcburi köçkünü öz doğma yurdlarına qaytarmaq üçün intensiv yenidənqurma işləri aparır. 30 illik işğal müddətində Azərbaycan ərazilərində 1 milyon mina basdıran isə hələ də qeyri-leqal olaraq Qarabağa mina daşıyır. Eyni bölgədə iki fərqli yanaşma”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. O qeyd edib ki, revanşist meyillər ilə Ermənistanın regionda dayanıqlı sülhün formalaşmasına imkan vermədikləri aydındır:

“Amma Azərbaycan ordusu istənilən təxribata cavab vermək gücündədir. Təbii ki, regionun inkişafı üçün ən məqbul yol qarşıdurma deyil, məhz qarşılıqlı olaraq ərazi bütövlüyü və suverenliyin tanınmasına xidmət edəcək sülh müqaviləsini imzlamaqla yeni səhifəni açmaqdır.

Ermənistanın təxribatlarına rəğmən və Şərqi Zəngəzurda işləri davam edir. Ötən il işğaldan azad oluna ərazilərimizdə yenidənqurma işlərinə 4 milyard 315 ayrılıb. Bütövlükdə, son 2 ildə bu istiqamətə 6.5 milyard manat yönəldilib. 2022-2026-ci illərdə isə işğaldan azad oluna ərazilərimizin bərpa və yenidən qurmasına 19.2 milyard manatın ayrılması nəzərdə tutulub.

Qarabağda ərazilərin 15.0 faizi minalardan təmizlənib. Artıq bu ilin sonunda Böyük Qayıdışın yeni mərhələsi başlanılacaq. 2026-cı ilədək isə 40 minə yaxın ailə, bütövlükdə 150 mindən çox vətəndaşımız 30 ildən sonra öz ata-baba yurdlarına qayıdacaqlar”.

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…