Operativ Məlumat Mərkəzi

Qarabağ kanalında batan yeniyetmənin axtarışı davam etdirilir - VİDEO

1 dəq
Paylaş:
Qarabağ kanalında batan yeniyetmənin axtarışı davam etdirilir - VİDEO

Xəbər verildiyi kimi, iyunun 19-da Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə suvarma kanalının Yevlax rayonunun kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub və dərhal FHN-in qüvvələri tərəfindən axtarışlara başlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə FHN-in məlumat yayıb.

"Hazırda batdığı ehtimal olunan 2010-cu il təvəllüdlü Rəsulov Hüseyn Sübhan oğlunun axtarışları FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu tərəfindən fasiləsiz olaraq davam etdirilir", məlumatda deyilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax